İrandan İraqın bölünməsi cəhdlərinə qarşı xəbərdarlıq

İraq KİV-lərinin məlumatına görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bəyan edib ki, İran hər bir halda İraqın parçalanmasına imkan verməyəcək . O, vurğulayıb ki, İraqın müdrik kürd liderləri muxtariyyət barəsində düşünmür. "Həmçinin ölkənin bir sıra aparıcı siyasi partiyaları da İraqın bölünməsinə qarşıdır", - deyə nazir müavini əlavə edib.
 
H.Ə.Abdulain mövzu ilə bağlı açıqlamalarının davamında bildirib: "İran İraqın milli suverenliyinə, müstəqlliyinə hörmətlə yanaşır, ərazi bütövlüyünü və ölkə Konstitusiyasını qəbul edir. İraqın müdrik kürd liderləri bəzi siyasilərin kürdlərin ayrıca muxtariyyat verilməsi tələblərini bölüşmür və ölkə Konstitusiyasını qəbul edir. Səddam qalıqları və təkfirçi terrorçulara imkan verilməyəcək ki, İraqın və bölgənin təhlükəsizliyini təhlükə altında qoysunlar".deyerler

Google+ WhatsApp ok.ru