İrandan vəliəhd şahzadəyə sərt cavab

İrandan vəliəhd şahzadəyə sərt cavab

-- `Vəliəhd xam və təcrübəsizdir`

ABŞ-da səfərdə olan Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Salman bin Məhəmmədin "10-15 il ərzində İranla savaşa bilərik" açıqlamasına İrandan sərt cavab verilib.
 
Maide.Az "Parstoday"a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi vəliəhdi bu açıqlamasına görə xam və təcrübəsiz adlandırıb:
 
"O, bu açıqlamaları ilə S.Ərəbistanının bölgədə törətdiyi cinayətləri ört-basdır edə bilməyəcək. Gənc şahzadə ya savaşın nə olduğunu bilmir, ya da İranın gücünü dərk edə bilmir. S.Ərənistanının ağıllı böyüklər bu təcrübəsiz vəliəhdə Səddamın İran xalqı qarşısında necə diz çökdüyünü öyrətməlidir".
 
Qeyd edək ki, 19 martdan etibarən ABŞ-da səfərdə olan Salman bin Məhəmməd orada aldığı siyasi dəstəklə İran əleyhinə sərt açıqlamalar verməkdən çəkinmir.

 

Google+ WhatsApp ok.ru