İranda pilotsuz təyyarə qəzaya uğrayıb 08 Oktyabr 2015 01:00 Dünya Bu gün səhər İranın Kürdüstan əyalətinin Saqqız şəhərinin Tumarqamış kəndi yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə İranın kurdpress xəbər saytı məlumat yayıb. Saqqız şəhər başçısı Əli Əkbər Vərməqani Saqqız şəhəri ərazisində pilotsuz təyyarənin düşməsi xəbərini təsdiqləyib və bildirib ki, pilotsuz təyyarənin qalıqları hadisə yerində tapılıb: “Təhlükəsizlik qüvvələri pilotsuz təyyarənin qalıqlarını Saqqız şəhər hərbi hissəsinə aparıblar və araşdırma aparılır” O, pilotsuz təyyarənin İrana məxsus olduğunu bildirib. İranın bəzi xəbər saytları pilotsuz təyyarənin partladığını və hadisə baş verən zaman daha iki təyyarəinin həmin ərazidə olduğunu yazıblar. Teqlər : #İranda pilotsuz təyyarə qəzaya uğrayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəcəb Tayyip Ərdoğan Rusiya qazından imtina edəcəyilə hədələyir Kabel oğruları Avropa İttifaqı ölkəsində dəmir yolu nəqliyyatını iflic edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO