İranda prezidentliyə 287 namizəd qeydiyyatdan keçib 12 Aprel 2017 01:00 Dünya İranda prezident seçkilərində iştirak etmək istəyən 287 nəfər namizəd qeydiyyatdan keçib. Bunu prezident seçkilərinin keçirilməsi üzrə qərargahın sədri Əli Əsgər Əhmədi APA-nın Tehran bürosuna açıqlamasında deyib. O bildirib ki, namizədliyi qeydiyyata alınan şəxslərdən 13 nəfər qadındır. Ə. Əhmədi qeyd edib ki, prezident seçkilərində namizədliyin qeydiyyata alınması üçün qanunda heç bir yaş məhdudiyyəti yoxdur. Namizədlərin qeydiyyatı şənbə günü başa çatacaq. Mahmud Əhmədinejad qeydiyyata alınmamışdan əvvəl prezident Həsən Ruhaninin əsas rəqibi İbrahim Rəisi hesab olunurdu. Lakin İ. Rəisi hələlik namizədliyinin qeydiyyata alınması üçün müraciət etməyib. H. Ruhaninin digər rəqiblərindən olan Məhəmməd Baqir Qalibafın da namizədliyini irəli sürəcəyi ehtimal olunur. Namizədliyi təsdiqlənən şəxslərin adlarının aprelin 26-27-də açıqlanacağı gözlənilir. Teqlər : #İranda prezidentliyə 287 namizəd qeydiyyatdan keçib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səud rejimi ilk dəfə olaraq etiraz aksiyalarında iştirak edən qadını məhkəmə qarşısına çıxarır Naməlum şəxs üç nəfəri təyyarədən yerə atıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO