İranda sabah matəm günü elan olunub

İranda sabah matəm günü elan olunub

Xəbər verdiyimiz kimi, ötən gün İranın paytaxtı Tehranda Plasko ticarət mərkəzində yanğından sonra bina çöküb və dağıntılar altında 30-dan çox insanın qaldığı bildirilir. 
 
Maide.Az xəbər verir ki, bu münasibətlə İran Nazirlər Kabineti  ölkədə sabah (şənbə günü) matəm elan edib. 
 
Nazirlər Kabinetinin bəyanatında bildirilir: “Tehranın mərkəzində  acı  yanğın hadisəsi və onun ardınca binanın çökməsi nəticəsində həmvətənlərimizdən və  yanğın söndürənlərdən bir neçəsinin həyatını itirməsi çox təssüfedici və qəmli bir hadisədir.  Bu ağrılı hadisədə  qorxmaz yanğınsöndürənlərin fədakarlığı İran xalqı və dünya xalqlarının gözü önündə sərgiləndi.  Onlar öz canlarını fəda etməklə xalqın canını qorumaqda çətin imtahandan başı uca çıxdılar. Nazirlər Kabineti bu hadisədə yaralananlara sağlamlıq arzu edir və  həyatını itirən şəxslərin yaxınlarının dərdinə şərik olmaq məqsədi ilə yanvarın 21-ni  (şənbə gününü) ölkədə matəm günü elan edir.”
 
Qeyd edək ki, binanın çökməsindən 24 saat keçsə də, xilasedicilər hələ də dağıntılar altında qalmış insanların xilası üçün çalışır.   
 
Bu gün səhər yaralı xilasedicilərdən biri həyatını itirib. Ümumilikdə bu hadisədə 101 nəfər yaralanıb. 
 

Google+ WhatsApp ok.ru