İranda Sepah və terrorçular arasınad atışma baş verib

İranda Sepah və terrorçular arasınad atışma baş verib

İranın Mehabad şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpus  Qüvvələri (Sepah) ilə terrorçular arasında atışma baş verib. 
 
Maide.Az xəbər verir ki, Sepah qüvvələri və  terrorçular arasında atışma  ötən gün günün ikinci yarısında Mehabad şəhərinin Bənguvin kəndi ətrafında başlayıb və bu gün də davam edir. 
 
Hələlik  bu atışmadakı itgilər və xəsarət alanlarla bağlı məlumat  verilməyib. 
 
Qeyd edək ki, ötən həftə  Sepah və terrorçular arasında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə bölgəsində baş verən atışmada 12 terrorçu məhv edilib. Bir neçə Sepah üzvi də yaralnmışdı. 
 
 

Google+ WhatsApp ok.ru