İranda terror qruplaşma üzvləri ilə polis arasında atışma olub, terrorçular öldürülüb

İranın Xuzestan əyalətində terror qruplaşması ilə polis arasında atışma baş verib. 
Maide.az xəbər verir ki, İran televiziyasının rəsmi xəbər saytı məlumat yayıb ki, ölkə daxilində əməliyyat  etməyə hazırlaşan terror qruplaşma üzvləri məhv edilib. 
Məlumata görə, ötən axşam Xuzestan əyalətində terror qruplaşma üzvləri ilə polis arasında atışma baş verib və qruplaşma üzvlərinin hamısı məhv edilib. 
Məlumatda  terror qruplaşma üzvlərinin neçə nəfər olduğu və hansı terror təşkilatının üzvləri olduğu bildirilmir. /
 

Google+ WhatsApp ok.ru