İranda vertolyot qəzaya uğrayıb

İranın Hərbi Hava Qüvvələrinin vertolyotu ötən gün axşamçağı  Dəyyer ( Dayyer )  limanında qəzaya uğrayıb. 

Maide.az İranın İRNA xəbər agentliyinə istinadən məlumatına görə,  Əsəluyə şəhərindən Buşəhr istiqamətinə hərəkət edən vertolyot  Dəyyer limanın şərqində qəzaya uğrayıb. Hadisə zamanı vertolyotda 6 sərinişin olub. Onlardan 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşidirilib, vəziyyətləri qənaətbəxşdir.

Məlumatda bildirlir ki, vertolyot hərbi hava qüvvələrinə məxsus olsada İranın Limanlar və Gəmiçilik Təşkilatı tərəfindən icarə olunub və neft platformaları və dənizin ekologiyasının ölçülməsi məqsədi ilə istifadə olunurmuş.

 

 

Google+ WhatsApp ok.ru