İran İŞİD qarşı koalisiyasını dəstəkləmir

Rəsmi Tehran İŞİD terrorçu qrpulaşmasına qarşı yaradılmış koalisiyaya münasibət bildirib. Bu barədə, İranın xarici işlər naziri Cavad Zərifi açıqlama verib. 
 
Baş diplomat koalisiyada bir çox qeyri-müəyyənliklər olduğunu bildirib: 
 
“Bu koalisiyada çox ciddi qeyri-müəyyənliklər var. Koalisiyaya üzv olan bəzi ölkələr Suriyadakı terrorçu qruplaşmalara dəstək verir”. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərində “Terrorla mübarizə toplantısı” adı altında keçirilən görüşdə başda Səudiyyə Ərəbistanı, Türkiyə, ABŞ, Misir, İordaniya olmaqla 10 ərəb ölkəsi İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatda iştirak etmək barədə razılığa gəlib.

Google+ WhatsApp ok.ru