İran Hizbullaha edilən hücumları pislədi

İran Xarici İşlər Nazirliyi İsrailə məxsus helikopterlərin "Hizbullah" əsgərlərini  və komandirlərini daşıyan nəqliyyat vasitələrinə hücumunu qətiyyətlə pisləryib
Maide.az-ın Fars agentliyinə istinadən məlumatına görə, Sionist rejim  tərəfindən həyata keçirilən bu hücum səbəbiylə şəhid olan əsgərlərin ailələrinə və Hizbullahın baş katibi Seyid Həsən Nəsrullaha baş sağlığı verən İran Xarici İşlər Nazirliyi bu hücumun İsraillə mübarizənin bir hissəsi olduğunu qeyd edib. “Sionist rejimin bu hücumu göstərdi ki, Suriyadakı proseslər sionist rejimin xəyallarıdır və  "Hizbullah" hər zaman xarici qüvvələrin bölgəyə daxil olması və işğalının  önündə duracaq.”
Qeyd edək ki,  dünən  gecə Suriyanın Quneytəra bölgəsində İsrail helikopterləri Hizbullaha məxsus nəqliyyat vasitələrinə hava hücumu təşkil etmişdi. Şəhid olanlar arasında şəhid İmad Müğniyənin oğlu Cihad Müğniyə də var.

 

Google+ WhatsApp ok.ru