İranla “altılar”ın razılaşması baş tutmadı, vaxtı uzatmaq istəyirlər

Noyabrın 23-də axşam Vyanada İranla “altılar” qrupu (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) arasında Tehranın nüvə proqramlarına dair başlayan danışıqlarda yekun siyasi sənədi razılaşdırmaq baş tutmayıb.
 
Maide.az xəbər verir ki, danışıqlardakı mənbələr siyasi sənədin əvvəlcədən müəyyən edildiyi kimi noyabrın 24-də imzalanmasının baş tutmayacağını bildirib.
 
Mənbə deyib ki, tərəflər vaxtı uzatmaq haqda müzakirələr aparırlar, söhbət aylarla vaxtdan gedir. Hazırda danışıqların vaxtın neçə ay uzadılmasına yönəlib.
 
İran nümayəndə heyətindəki mənbə isə Vyana danışıqlarının iflasa uğradığını demək üçün hələ tez olduğunu bildirib.
 
“Ciddi fikir ayrılıqları qalır, buna baxmayaraq hələ vaxt var, biz danışıqları davam etdiririk” - deyə mənbə deyib.
 
Məlumata görə, İsrail və Səudiyyə Ərəbistanının danışıqlar prosesinə “bəzi korrektələr etdiyi” bildirilir.
 
Vyanadakı mənbələr hələlik vaxtın uzadılması barədə razılaşmanın da əldə olunduğunu təsdiqləmir. Məlumata görə, tərəflər bu gün ərzində hər dəqiqədən istifadə edərək siyasi sənədi razılaşdırmağa çalışacaqlar.
 
Danışıqlarda iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Cavad Zəriflə təkbətək görüş keçirib və bu görüşün nəticələri barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verilib. Putinin bu gün ərzində İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparacağı bildirilir.

Google+ WhatsApp ok.ru