İranlı uşaqlar Fələstinli uşaqlara dəstək aksiyası keçiriblər - Foto

 İranlı uşaqlar və yeniyetmələr fələstinli  uşaqlara dəstək aksiyası keçiriblər. 
Maide.az-ın İranın Mehr agentliyinə istinadən məlumatına əsasən, İranlı uşaqlar və yeniyetmələr Tehranda bir yerə toplaşaraq fələstinli uşaqlara dəstək aksiyası keçiriblər. 
Üzərlərində müxtəlif şüarlar yazılmış plakatları daşıyan bu uşaqlar səsləndikləri şüarlarında İsrail rejiminə özlərinin nifrətini nümayiş etdiriblər.
Məlumata görə,  plakatların üzərində " şadlıq , oyun və təhlükəsizlik, uşaqların haqqıdır " ,"dünyanın hər bir yerində uşaqlar təyyarələri barmaqları ilə göstərir, Qəzzada təyyarələr uşaqları nişan alır" , "müharibəyə yox"  . "Qəzzadaki uşaqlar yalnız deyillər" və "Sionist İsrail rejimə ölüm" məzmunlu şüarlar yazılıb. 
Aksiyanın sonunda  uşaqlar kağız üzərində yazılmış və şarlara bağlanmış ürək sözləri səmaya buraxılıb. Uşaqlar həmçinin tumar imzalayaraq onu BMT-yə göndəriblər.  / 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru