İran müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

İran müdafiə naziri Hüseyn Deqhanın Azərbaycana rəsmi səfəri başlayıb.
 
APA-nın İranın “mehrnews.com” saytına istinadən verdiyi məlumata görə, H. Deqhanı Azərbaycan müdafiə naziri, general polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində qarşılayıb.
 
Səfərin məqsədi ikitərəfli münasibətləri inkişaf etdirmək, region və dünyadakı problemlərlə bağlı müzakirələr aparmaqdır.
 
H. Deqhanın Azərbaycan prezidenti İlham Əliyev və müdafiə sənayesi naziri Yavər Camalovla görüşləri planlaşdırılır.

Google+ WhatsApp ok.ru