İranın “Məscid Süleyman” şəhərində zəlzələ baş verib

Tehran Universitetinin Seysmoloji Mərkəzi xəbər verir ki, 26 noyabr- bugün səhər Xuzestan əyalətinin “Məscid Süleyman” şəhərindən 22 km məsafədə Rixter cədvəli üzrə 5.3 bal gücündə zəlzələ baş verib.
 
Maide.az-ın məlumatlna görə, zəlzələ 12 km dərinlikdə baş verib və zəlzələnin episentrinə yaxın olan digər bölgələrdən, həmin yerdən 33 km məsafədə yerləşən İzə rayonu olub.
 
Amerika Seysmoloji Mərkəzi zəlzələnin baş verdiyi yeri “Məscid Süleyman” şəhərindən 25 km şərqdə və Rixter cədvəli üzrə 5.3 bal gücündə baş verdiyini bildirib. /
 

Google+ WhatsApp ok.ru