Rusiya turagentləri Türkiyə səyahətlərindən imtina etdi

Rusiya turizm şirkətləri Türkiyəyə olan bütün çarter reyslərini ləğv edib. Yerli turizm şirkətləri həmçinin Türkiyə istiqamətinə bütün növ yol vərəqələrinin (putyovka) verilməsini dayandırıb. 
Maide.az xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosasiyasının vitse-prezidenti Dmitri Qorin bildirib.   
Lakin rus turistlər Belorus şirkətləri vasitəsilə Türkiyəyə səyahət edə bilər. Bunu Belorus turizm şirkətləri açıqlayıb. 
Xatırladaq ki, noyabrın 25-də Suriya sərhəddində Türkiyənin Rusiya qırıcısını vurması nəticəsində tərəflər arasındakı münasibətlərdə gərginlik yaranıb.  /
 

Google+ WhatsApp ok.ru