İranın Azərbaycandakı səfiri: Livan “Hizbullah”ı İslam dünyasının fəxridir.

Livan “Hizbullah”ı İslam dünyasının fəxridir. Bəzi ərəb ölkələri tərəfindən “Hizbullah”ın terrorist qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir. Maide.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. 
 
Pakayin Hizbullah müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə toxunaraq bildirib ki, dünya müsəlmanları “Hizbullah”ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır.
 
Səfir əlavə edib ki, “Hizbullah”ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir. /
 

Google+ WhatsApp ok.ru