İranın Baş Qərargah rəisindən şok açıqlama 08 Noyabr 2014 02:00 Dünya “ABŞ bir neçə gün öncə İraq ordusu tərəfindən mühasirəyə alınan İŞİD yaraqlılarına yardım edib” İranın Baş Qərargah rəisinin müavini, general Məsud Cəzayiri ABŞ-ı İraq ordusu tərəfindən mühasirəyə alınan İŞİD yaraqlılarına hərbi yardım göndərməkdə ittiham edib. Maide.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, general Cəzayiri ABŞ-ın İŞİD-ə qarşı mübarizəsinin yalan olduğunu bildirib: “ABŞ və rəhbərlik etdiyi koalisiya bir neçə gün öncə Diyaləyə bağlı Celavla nahiyəsində İraq hökumət ordusu və əhali tərəfindən mühasirəyə alınan İŞİD terror qrupunun yaraqlılarına havadan silah, qida və tibbi yardım edib”. “ABŞ İŞİD-in meydana çıxdığı ilk gündən bu terrorçu qrupa yardım edir”, - deyə İranın ali hərbi rəsmisi əlavə edib. Teqlər : #İranın Baş Qərargah rəisindən şok açıqlama, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şiə və sünnilərdən ibarət `Salam Briqadası` yan-yana Türkiyədən Azərbaycana ixrac olan məhsullarda zərərli maddələr aşkarlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO