İranın Dəmir Yolları İdarəsinin rəhbəri baş vermiş qəza ilə bağlı istefa verib

İranın Dəmir Yolları İdarəsinin rəhbəri baş vermiş qəza ilə bağlı istefa verib

İranın Dəmir Yolları İdarəsinin baş direktoru Möhsin Purseyidağayi istefa verib.
 
Maide.Az xəbər verir ki, M.Purseyidağayi İran Televiziyasının 1-ci kanalında yayımlanan 21:00 xəbər buraxılışında Simnan şəhərinin Həftxan dayanacağında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olmuş 44 nəfərə görə İran xalqından üzr istəyib və istefa verdiyini deyib. "İki qatarın toqquşması Dəmir Yolu İdarəsinin tabeliyində olan şəxslərin xətası nəticəsində baş verib. Bu səbəbdən istefa ərizəmi yol və şəhərsalma naziri Abbas Axundiyə təqdim etmişəm və o istefamı qəbul edib”
 
Qeyd edək ki, cümə günü Simnan şəhərinin Həftxan stansiyası yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 44 nəfər həlak olub, 103 nəfər yaralanıb. 

Google+ WhatsApp ok.ru