İranın dövlət televiziyasının sədri dəyişdi

İslam İnqilabının  Rəhbəri, Ali Lider Ayətullah Əli Xamenei ölkənin Dövlət Radio-Televiziyasının sədri vəzifəsinə Məhəmməd Sərəfrazi təyin etdilər.

Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə,  Ali LiderAyətullah  Xamenei bu gün şənbə  sərəncam imzalayıb və  radio-televiziyanın islam inqilabı mentaliteti və mədəni müstəqilliyin yüksəlişində tarixi məsuliyyətini bir daha vurğulayıb və deyib ki,  İran İslam Respublikası Radio-Televiziya Təşkilatı ümumi bir universitet kimi din , əxlaq , ümidvarlıq , düşüncə və islami İran həyat tərzinin inkişaf endirməsi vəzifəsini daşıyır.

İslam İnqilabı Rəhbərinin sərəncamda bildirilir :İİR-nın Radio-Televiziya Təşkilatı ölkə inkişafının mühərriki kimi ətraflı media vəzifəsini daşıyaraq xalqı səfərbər edib icra müdiriyyət işlərinə yardımçı olaraq hakimiyyətin əsas siyasətləri və ölkənin perspektiv sənədinin məqsədlərinə çatmasına xidmət edir.

İslam İnqilabının Rəhbəri həmçinin İİR radio-televiziya təşkilatının sabiq səri İzzətullah Zərğaminin sədaqətli zəhmətlərinə görə ondan təşəkkür edib.

Qeyd edək ki, İzzətullah Zərqami 10 il müddətinə televiziyaınn sədri vəzifəsində çalışıb.  /

 

 

Google+ WhatsApp ok.ru