İranın Məsləhət Şurasının sədri Ərəbistan kralına müraciət edib

Şiə ruhanisi Şeyx Nəmrin edam hökmünün ləğv edilməsini tələb edib

İran İslam Respublikasının Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani Ərəbistan kralına məktub göndərərək bu ölkənin şiə ruhanisi Şeyx Nəmrin edam hökmünün ləğv edilməsini tələb edib.
Maide.az-ın İRNA agentliyinə istinadən məlumatına görə,  Haşimi Rəfsəncani Məlik Abdullah ünvanladığı məktubada bildirib: "İslam ümmətini hədəfə alan fitnələrin baş aldığı bir zamanda Şeyx Nəmr Baqir Əl-Nəmrin edam hökmünün icra edilməsinin qarşısını almaq təfriqə salanları məyus edib, şiə və sünninin vəhdətini gücləndirər. Bütün firqələrin vəhdəti 
müsəlmanları mövcud vəziyyətdə xilas edə bilər. Müsəlmanlar Ərəbistan kralının müdrikliklə , şiə ruhanisinin edam hökmünün ləğv etməsini gözləyirlər."
  Xatırladaq ki, oktyabrın 14-də Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib. Ali-Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmr bu faktı təsdiq edib və deyib ki, məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.
Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanı şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixində Səud rejimi tərəfindən həbs edilib.
Səudiyyə Ərəbistanı rejiminin bu istəyi yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları yayıblar. /
 

Google+ WhatsApp ok.ru