İranın Milli neft-kimya şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir 13 May 2016 01:00 Ölkə "İran Azərbaycana neft-kimya məhsullarını ixrac etmək məqsədi ilə yeni gəmi xəttinin açılmasında maraqlıdır və buna hazırdır". Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Milli neft-kimya kommersiya şirkətinin baş direktoru Mehdi Şərifi Niknəfs deyib. "Azərbaycan və İran arasındakı ticarət əlaqələrinin gələcəkdə müsbət yöndə inkişaf edəcəyi gözlənilir. Azərbaycanlı istehsalçıların xərclərini azaltmaq məqsədi ilə İran Azərbaycana neft-kimya məhsullarını ixrac etmək üçün gəmi xəttini istifadəyə verməyə, hətta gəmi almağa da hazırdır", - deyə şirkət rəhbəri qeyd edib. O deyib ki, İranın Milli neft-kimya kommersiya şirkəti Azərbaycanda öz nümayəndəliyini aça bilər: "Bununla, azərbaycanlı sahibkarlar və onların rəhbərlik etdiyi şirkətlər neft məhsullarına olan tələbatını bu ofis vasitəsi ilə təmin edə bilərlər. Bu, neft məhsullarını daha aşağı qiymətə əldə etməyə imkan verəcək". Teqlər : #İranın Milli neftkimya şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mirvari Qəhrəmanlı ölkəyə ən çox əcnəbi işçiləri cəlb edən şirkətlərin adını açıqladı Su bahalaşdı - Tarif Şurası