Mirvari Qəhrəmanlı ölkəyə ən çox əcnəbi işçiləri cəlb edən şirkətlərin adını açıqladı

Maraqlısı bundadır ki, əvvəl işçiləri xüsusi məktəblərdə oxutdurub, öyrədirlər, daha sonra isə onları müxtəlif yollarla işdən azad edirlər"

Bu sözləri Maide.Az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ölkədə xarici işçi qüvvəsinin sayının çoxalması, yerli işçilərin işsiz qalması və bu kimi halların aradan qalxmasına açıqlama verərkən deyib. Onun sözlərinə görə, bu siyahıya Azərbaycan Dövlət Neft Şirkəti başçılıq edir:

"Əvvəllər deyirdilər ki, ölkədə xüsusi hazırlığı olan nefçilər azdılar və məcburən xaricdən mütəxəsislər gətirilirdi. İndi hamıya bəllidir ki, Azərbaycanda çox sayda yüksək savada, biliyə malik işçilərimiz var. 20 ildir ki, ölkədə iri neft layihələri həyata keçirilir. Bu müddət ərzində layihələrdə çalışan çoxsaylı yerli işçi təlim keçib (BP-nin treninq mərkəzi, Aberdinddə və ARDNŞ-in təlim departamentində) və müvafiq sertifikatlar əldə edilib. Bəs belə olan halda, niyə ölkəyə xaricdən işçi qüvvəsi gətirilir? İndi isə bu işçilər müxtəlif bəhanələrlə işdən azad olunur və yerinə Hindistandan, Banqladeşdən və sair kimi yerlərdən işçi qüvvəsi cəlb olunur. Bu cür xoşagəlməz hallara Caspian Shipyard Company, ELITE MARINE PTE LTD, BOSŞELF və s şirkətlər başçılıq edir. Təcrübə göstərir ki, adətən, mühəndis layihələrinin icrası üçün elan olunmuş tenderin qalibi nədənsə ya xarici şirkət olur, yaxud da ki, Azərbaycanda qeydiyyatdan keçmiş (yerli şirkət adlanması üçün) xariçi şirkət! BP reallaşdırdığı layihələrlə əlaqədar tender elan etdikdə əksər vaxtlarda yerli şirkətlər podratçı qismində müxtəlif bəhanələrlə BP tenderlərinə buraxılmır. Yerli şirkətin tenderdə “iştirakını” göstərmək üçün, yerli şirkəti tenderdə iştirak edən xarici şirkətlərə subpodratçı qismində tenderə buraxırlar. Tenderdə udduqdan sonra bu yerli şirkət layihədən uzaqlaşdırılır. Yəni, subkontraktorun yalnız müəyyən sayda(ümumi işçilərin 10-15 %) işçisi həmin xarici şirkətdə işə qəbul olunur".

Ölkədə işləyənlərin hüquqlarını qorumaq və işsizliyin aradan qaldırması üçün M. Qəhrəmanlı bunları tövsiyə etdi:

İlk növbədə, işçilərin haqlarını qoruyan rəsmi bir qurum yaradılmalıdır. Ölkəmizdə həmkarlar təşkilatı hökumətin yanındadır, hökumət isə əməkçinin yanında deyil. Məhz buna görə də əksər xarici şirkətlərdə işçilər mövcud həmkarlar təşkilatının üzvü olmaq istəmirlər. İşçilər öz həmkarlar təşkilatlarını yarada bilmirlər. Buna müvafiq dövlət strukturları mane olurlar.

İşsizliyin qarşısının alınması üçün Dövlət Proqram hazırlanmalıdır. Xaricdən işçi qüvvəsinin gətirilməsinin qarşısının alınmalıdır. Yerli şirkətlərin tenderlərdə iştirakına ciddi nəzarət olunmalı və monopoliyalar aradan qaldırılmalıdır. Məşğulluq haqqında qanuna əlavə və dəyişikliklər edilib, Avropa ölkələrinin qanununa uyğunlaşdırılmalıdır ki, işsiz insanların işlə təmin olunsun və minimal yaşayışları təmin olunsun.

Qeyd edək ki, bu ilin ilk 4 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2129 nəfər artıb. Həmin şəxslərdən 89,1%-i kişilər, digərləri qadınlardır.

Google+ WhatsApp ok.ru