İranın Standartlaşdırma Təşkilatı Azərbaycan Respublikası ilə əməkdaşlıq edir

İranın Standartlaşdırma Təşkilatı Azərbaycan Respublikası ilə əməkdaşlıq edir

İranın Milli Standartlaşdırma Təşkilatının sədri Azərbaycan Respublikası ilə əməkdaşlıqların genişlənməsindən xəbər verib.
 
Maide.Az xəbər verir ki, İRiB-in məlumatına görə, İranın Milli Standartlaşdırma Təşkilatının sədri Nire Purizbəxt  bildirib ki,  İranın Milli Standartlaşdırma Təşkilatı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq memorandumu İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Bakıya səfərində imzalandı. 
 
Piruzbəxt bildirib ki, iki tərəfin iqtisadi mənafeyi nəzərə almaqla ticarət dövriyyəsinin genişləndirilməsi iki ölkənin standartlaşdırma qurumları arasında imzalanan anlaşma önəmli nailiyyətlərdən idi. 
 
O həmçinin elmi və texniki əməkdaşlıqların yaradılması, təlim kurslarının keçirilməsi, xüsusi iclasların təşkil olunmasının bu anlaşmada qeyd olunan maddələrdən adlandırıb. 
 
İranın Milli Standartlaşdırma Təşkilatının sədri hər iki tərəfin İslam Əməkdaşlıq Təşkilatında üzv olduğuna toxunaraq deyib: İki ölkə bu anlaşmada beynəlxalq səviyyədə milli mənafeyin qorunması ilə halal standartlaşdırma barəsində əməkdaşlıq etməyi üzərlərinə götürüb. 
 
İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına səfəri çərçivəsində ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində iki ölkə arasında 6 əməkdaşlıq sənədi imzalanıb. 
 

Google+ WhatsApp ok.ru