İranın Sumqayıtda dərman zavodu açması ilə bağlı yeni MƏLUMAT

“İranın şirkəti ilə birgə Azərbaycanda dərman istehsalı ilə bağlı müzakirələr davam etdirilir”.
 
Maide.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O qeyd edib ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində icra olunacaq.
 
“Öncə daha çox tələb olunan dərman vasitələrinin istehsalından başlanması nəzərdə tutulur. Hazırda dərman istehsalı təşkili ilə bağlı layihə tam detalları ilə araşdırılır və optimallaşdırılması istiqamətində işlər aparılır”.
A.Əliyev vurğulayıb ki, dərman istehsalı ilə bağlı danışıqlar bir neçə ölkənin aparıcı əczaçılıq məmulatları istehsal edən şirkətləri ilə aparılır.
 
“Ancaq təkliflər İran tərəfindən artıq qəbul olunub.
 
Layihənin üzərində hər iki tərəf iş aparır. Hazırda layihənin tam öyrənilməsi işləri başa çatdılrılmaq üzrədir. Tərəflər birgə işləyirlər”.
 

Google+ WhatsApp ok.ru