İranın Suriya siyasətində bir diyişiklik yoxdur

"İranın Suriya siyasətində heç bir dəyişiklik yoxdur. İranın Suriyaya terrorizmlə  mübarizəsində  verdiyi dəstək strateji və taktikidir". Maide.az-ın verdiyi məlumata görə, İİR xarici İşlər Nazirliyinin  Ərəb və Afrika məsələləri üzrə köməkçisi  Hüseyin Əmir Abdullahian belə deyib.
 
O, verdiyi bəyanatda  terrorizmlə mübarizədə  və  Suriyanın vəhdətində Bəşər Əsədin  önəmoli rolunu olduğunu vurğulayaraq, xalq  və ordunun  terrorizmə qarşı çox güclü bir cavab verdiyini bildirdi.
 
Abdullahian  həmçinin Suriyada hərbi və güvənlik müddətlərinin təkrarlanmasının  yanlış bir strategiya olduğunu , həmçinin insan haqlarının pozuntusu olduğunu vurğulayıb: "Xarici qüvvələrin  Suriyaya qarşı hərbi  metodları dilə gətirənlər səhv edirlər. Suriyada  böhranın  aradan qaldırılması  ancaq siyasi yolla mümkünlüh"
 

Google+ WhatsApp ok.ru