İranın tutduğu gəmi məhkəmə qərarı ilə saxlanılıb

Dünən İran tərəfindən Hörmüz boğazında tutulmuş konteyner gəmisinin və gəmi heyətinin sağ və salamat olduğu xəbər verilir.
 
Əksəriyyəti Şərqi Avropa və Asiyadan olan 24 nəfərlik gəmi heyətinin idarə etdiyi Maersk Tigris gəmisi Bəndər-Abbas sahilində lövbər salıb.
 
Danimarkanın Maersk şirkəti Marşal adalarının bayrağı altında üzən gəminin iranlılar tərəfindən saxlanmasının səbəbinin hələ də aydın olmadığını bildirib. İran rəsmiləri isə iddia edirlər ki, gəmi İranın ərazi sularında tutulub. İran mediası xəbər verirdi ki, gəmi İran şirkətinə olan borca görə məhkəmə qərarı ilə saxlanıb.
 
Qeyd edək ki, bundan əvvəl gəminin Amerikaya məxsus olduğu barədə xəbərlər yayılmış, Pentaqon bu xəbərləri təkzib etmişdi.

Google+ WhatsApp ok.ru