İranın xarici işlər naziri İraqa səfər edir

Bu gün (avqustun 24-də) İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqa səfər edəcək. 

Maide.az-ın İRNA agentliyinə istinadən məlumatına görə,  M.C.Zərif səfər zamanı  İraqın yeni baş naziri Heydər əl-Abadi və İraqlı həmkarı Huşyar Zibari ilə görüşəcək.

Səfər zamanı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq. /

 

Google+ WhatsApp ok.ru