İranın xarici işlər naziri Avropaya səfər edəcək

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və avropalı həmkarları ilə görüşüb, danışıqlar aparmaq üçün bazar ertəsi günü Avropaya səfər edəcək.
Maide.az İRİB-ə istinadən xəbər verir ki, hələlik  bu görüşün məkanı dəqiqləşdirilməyib. 
İran xarici işlər nazirinin müavinləri Seyid Abbas Əraqçi və Məcid Təxt Rəvançi bu gün, günortadan sonra Vyanada, Kuborg otelində Çin nümayəndə heyəti ilə görüşüb, danışıqlar aparıb. 
Bundan öncə Əraqçı və Təxt Rəvançi Almaniy, Fransa və İngiltərə nümayəndə heyətləri ilə görüşüb, danışıqlar aparıb. Həmçinin, bu gün səhər İran xarici işlər nazirinin müavinləri ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında görüş baş tutub.
İran və 5+1 qrupu arasında yekun nüvə anlaşması sənədinin hazırlanması üzrə müzakirələrin 8-ci dövrü çərşənbə günündən etibarən Vyanada start götürüb./
 
 

Google+ WhatsApp ok.ru