İran parlamentinin spikeri yeni partiya yaradır 20 Noyabr 2014 02:00 Dünya İran Parlamentinin spikeri Əli Laricani yeni partiya yaradır. Bu sözləri parlamentin Rəyasət Heyətinin üzvü Behruz Neməti deyib. Bu barədə Trend İSNA xəbər agentliyinə istinadən məlumat verir. B.Neməti bildirib ki, Laricani partiyanı xalqın dəstəyi ilə yaradır: “Laricani partiyanı ölkənin siyasi arenasında öz sözünü demək üçün yaradır. Partiyanın yaradılması üçün ilkin işlər görülüb”. Onun sözlərinə görə, problem yaranmazsa, Laricaninin partiyası “Rahrovan-e Vilayət” ("Vilayət ardıcılları") adlanacaq. İran KİV-nin məlumatına əsasən, indiyədək İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 2500-dən artıq siyasi təşkilat qeydiyyatdan keçib. Lakin onlardan 60 faizinin fəaliyyət göstərdiyi bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47, mühafizəkarlarda 35, mötədillər düşərgəsində isə 25 partiya fəaliyyət göstərir. Onlardan isə yalnız 10-15 partiya aktivdir. / Teqlər : #İran parlamentinin spikeri yeni partiya yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hizbullah lideri Şeyx Bəşir Nəcəfi ilə görüşüb - Foto Fukuşima AES-in 40 kilometrliyində növbəti zəlzələ
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO