İran Prezidenti Şərqi Azərbaycan əyalətində seldən xəsarət alan bölgələrə səfər edib

İran Prezidenti Şərqi Azərbaycan əyalətində seldən xəsarət alan bölgələrə səfər edib

İran Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan əyalətində sel və daşqından xəsarət alan bölgələrə səfər edib. 
 
Maide.Az xəbər verir ki, bu gün səhər saatlarında Təbriz Hava Limanina gələn İran prezidentini Şərqi Azərbaycan yetkililəri qarşılayıb.
 
Həsən Ruhani sel və daşqından xəsarət alan bölgələrin problemləri ilə maraqlanıb, hadisə zamanı həyatını itirənlərin ailə üzvləri və yaxınları ilə görüşüb. 
 
H.Ruhani Şərqi Azərbaycan əyalətinin Çinar kəndinə olub və kənd camaatı qarşısında çıxış edib. “Azərşəhr, Çinar kəndi, Qərbi Azərbaycan, Ərdəbil və Kürdüstanda baş vermiş təbii fəlakək bütövlükdə İran xalqını kədərləndirib. Bu hadisədə həyatını itirən əzizlər təkcə sizin yaxınlarınız deyil, bəlkə bizim hamımızın bacı və qardaşlarımızdır”.
 
H.Ruhani deyib ki, Çinar kəndinin əhalisi son günlə çox ağır hadisə ilə üzləşdi. “Kənd əhalisindən 20 nəfər sel və daşqınlar zamanı həyatını itirib.
Hökumət daşqınlar zamanı dağılmış və ziyan görmüş evlərin yenindən qurulması üçün bütün gücünü səfərbər edəcək. Yardımlar və güzəştli kreditlər veriləcək. Hökumət əhalinin problemlərinin uzunmüddətli olmasına icazə verməyəcək. Ötən gün lazimi qərarlar verilib və ziyan görmüş bütün ailələrə yardımlar ediləcək. Yol və Şəhərsalma Nazirliyinə və eləcədə Məskən Fonduna göstəriş verilib ki, əhali üçün yeni evlərin tikintisinə başlanılsın”. 
 
Qeyd edək ki, Şərqi və Qərbi Azərbaycanda 14 apreldə baş verən daşqınlar nəticəsində 49 nəfər həyatını itirib, infrastruktura ciddi ziyan dəyib. Rəsmilərin bildirdiyinə görə, bölgənin bir çox ərazisində torpaqlar yararsız hala düşüb. (mehrnews)

Google+ WhatsApp ok.ru