İran rəsmisi: Suriyada öz hərbi müşavirlərimizin sayını artırmışıq

İran XİN-nin Ərəb ölkələri üzrə müavini hüseyn Əmir Abdullahiyan mediaya açıqlamasında bildirib ki, Suriya ordusunun terroristlərlə mübarizəsinin davam etdiyi bir vaxtda, İran da Suriyada öz hərbi müşavirlərinin sayını artırıb.
 
Maide.az xəbər verir ki, Britaniya rəsmilərinin dəvəti ilə bu ölkədə səfərdə olan XİN rəsmisi, bununla bağlı “Avropa Xarici Əlaqələr Şurası”-nın iclasında da açıqlama verib: “Bəziləri İranın terroristlərə qarşı müharibədə Suriyaya hərbi məşvərət yardımını tənqid edə və bu addımları konstruktuv hesab etməyə bilərlər, lakin yaxşı olar ki, onlar əvvəlcə Suriyada terroristlərə dəstək verən dövlətlərin roluna nəzər salsınlar. İndi məlum olur ki, terrorist qruplaşmaların Suriyada özbaşınalıqları təmin edilməsəydi, bu böhran yaranmazdı və indi qanlı beş ildən sonra Suriya dövləti üçün heç bir alternativ yoxdur”.

Google+ WhatsApp ok.ru