İran Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi üçün Azərbaycan və Rusiya ilə danışıqlar aparır

"Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini maliyyələşdirməkdə maraqlıdır".
 
Bunu APA-ya açıqlamasında İranın Dəmiryol İdarəsinin rəis müavini Əhməd Xudayi deyib.
 
"Biz Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün azərbaycanlı investorlar və "Rusiya Dəmir Yolları" QSC ilə müzakirələr aparırıq. Müzakirələr müsbət nəticələnərsə, dəmir yolunun tikintisinə başlanacaq. Şimal-Cənub dəhlizi bütün tərəflər üçün gəlirli və önəmli layihədir. Əgər sərmayə yatırılarsa, İran bu vəsaitin qaytarılması ilə bağlı müxtəlif variantlar üzərində işləyəcək", - deyə Ə. Xudayi qeyd edib. /

Google+ WhatsApp ok.ru