İran, İraq və Suriyanın İŞİD ilə mübarizə üzrə birgə planı

İraq məclisinin kürd nümayəndəsi terrorçu İŞİD qrupu ilə mübarizə haqda İran, İraq və Suriyanın birgə strateji planından xəbər verib.
 
Maide.az xəbər verir ki, İraq məclisinin kürd nümayəndəsi Macid Şinqali açıqlamasında İraqın paytaxtı Bağdadda terrorizmlə mübarizə barədə İran, İraq və Suriyanın üçtərəfli iclasına toxunaraq, "Daxili İşlər nazirləri səviyyəsində keçirilən bu iclasda cinayətkar İŞİD qrupunun darmadağın edilməsi üzrə strateji plan araşdırılır", - deyib.
 
Şinqali bütün regionun üzləşdiyi hazırkı şəraitdə terrorizmlə mübarizə iclasının keçirilməsinin önəmini vurğulayıb.

Google+ WhatsApp ok.ru