İran Rusiya ilə birgə hərəkət edəcək 16 Sentyabr 2015 01:00 Xəbərlər İran Xarici İşlər nazirinin müavini Abdullahiyan ölkəsinin Rusiya ilə birlikdə hazırladığı təklifi yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdıqlarını deyib Maide.az xəbər verir ki, İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Suriya böhranının sona çatmasına dair ölkəsinin Rusiya ilə birlikdə hazırladığı təklifi, yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdıqlarını açıqlayıb. İran Televiziyasının Suriya ilə bağlı suallarını cavablandıran Abdullahiyanın açıqlamaları, İran Xarici İşlər Nazirliyinin internet saytında yer alıb. Abdullahiyan açıqlamasında, "Bu təklif layihəsi keçən ay Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Suriya səfərində Bəşər Əsədə təqdim olunub. Əsəd İranın konstruktiv təklifini məmnuniyyətlə qarşılayarkən, məsələyə bəzi töhfələr verib", - deyə bildirib. Suriya Xarici İşlər Nazirliyi rəsmiləri hazırlanan təklifin əsas məsələlərində razılaşdıqlarını, təfərrüatlarla bağlı yenidən görüşəcəklərini deyən Abdullahiyan, "Xalqın rolunun əsas götürülməsi, Suriyada bir güc boşluğunun yaranmasına imkan verilməməsi, terrorizmlə mübarizə, miqrasiya edən insanlara kömək və humanitar yardımların ehtiyac sahiblərinə çatdırılması, İran İslam Respublikasının Suriya böhranını həll etmək təklifləri kimi sayıla bilər" söyləyib. Abdullahiyan Rusiyanın İraq və Suriyada terrorçulara qarşı vuruşmasını müsbət və konstruktiv bir səy olaraq gördüklərini qeyd etdi. Teqlər : #İran Rusiya ilə birgə hərəkət edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyənin Van gölündən Urmiya gölünə su çəkiləcək – 1 milyard dollara PKK terrorçuları məscidi silah anbarı kimi istifadə ediblər