İran Səfirliyinin Mədəniyyət Mərkəzi İmam Rza(ə)-ın mövludu ilə bağlı bayram tədbiri keçirib

İran Səfirliyinin Mədəniyyət Mərkəzi İmam Rza(ə)-ın mövludu ilə bağlı bayram tədbiri keçirib

 İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət evində müsəlmanların 8-ci İmamı Həzrəti Əli İbni Musa Rzanın (ə) mübarək mövlud mərasimi keçirilib.
 
İslaminSesi xəbər verir ki, mövlud mərasimi ilə əlaqədar İmam Rza(ə) hərəminin xadimləri iştirak edib və müqəddəs hərəmin bayrağını nümayiş etdiriblər.
 
Tədbirdə səfirliyin Mədəniyyət Mərkəzinin sədri doktor İbrahim İbrahimi, qonaqlar, şairlər, ictimaiyyət və media nümayəndələrri iştirak ediblər. Tədbir Qurani Kərimin oxunuşu ilə açılıb.
 
Sonra çıxış edənlər İmam Rza(ə)-ın müqəddəs şəxsiyyəti, fəziləti və yüksək əxlaqi dəyərləri barədə məlumat verdilər.
 
Sonda iştirakçılara hərəmdən gətirilən sovqat hədiyyə olundu.
 

Google+ WhatsApp ok.ru