İran Suriyadakı böhranın bitməsi üçün 4 maddəlik layihə təqdim edib

İran Suriyadakı böhranın bitməsi üçün 4 maddəlik layihə təqdim edib

İran Suriyadakı böhranın bitməsi üçün 4 maddəlik layihə hazırlayıb və təqdim edib.  
 
Maide.Az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani deyib. 
 
Ə.Şəmxani deyib ki, Suriya böhranın bitməsi məqsədi ilə İranın təqdim etdiyi 4 maddəlik layihə özündə “dərhal atəşkəsin tətbiqi”, “islahatların aparılması”, “daxildə tərəflər arasında dialoqun yaradılması” və  “ümümxalq seçkilərin” keçirilməsini özündə əks etdirir.  
 
Ə.Şəmxani deyib ki, Amerika və bəzi digər ölkələr çalışırlar Suriya xalının əvəzində qərar qəbul etsinlər. “Onların bu addımı xalqların öz taleyi üzərində söz sahibi olmaq hüququ və demokratiya prinsiplərinə ziddir. Bu gün Amerika və Ərəbistan kimi ölkələr Suriya xalqının hüquqlarını bəhanə edirək bu ölkəni müqavimət cərgəsindən silməyə çalışırlar. Suriyada demokratiya Amerikanın dəstəklədiyi digər ölkələr və Yaxın Şərq ölkələrindəki standartlarla müqayisədə daha yaxşıdır”.
 

Google+ WhatsApp ok.ru