İran təhlükəsizlik sahəsində İraqla əməkdaşlıqlarını artırır

İran İslam Respublikasının İraqdakı səlahiyyətli və fövqəladə səfiri Həsən Danaifər deyib ki,  iki ölkə arasında təhlükəsizlik sahəsində  əməkdaşlıqlarının artırıması  üçün rəsmi Tehran hərtərəfli hazırdır.
Maide.az-ın İRNA xəbər agentliyinə istinadən məlumatına görə,  H.Danaifər ötən axşam İraqın daxili işlər naziri Məhəmməd Salim əl-Ğəban ilə görüşüb. Görüşdə ikitərəfi maraqlandıran məsələlər o cümlədən təhlükəsizlik və sərhədlərin qorunması sahəsində əməkdaşlıqların artırılması məsələri haqda müzakirə aparılıb. 
İranın İraqdakı səfiri H.Danaifər deyib: Təhülkəsizlik və texnologiya sahəsində İranın əldə etdiyi təcrübələri və inkişafını nəzərə alaraq, İslam Respublikası təcrübələrini İraqla bölüşməyə və bu ölkəyə yardım etməyə hazırdır.
İraq daxili işlər naziri Məhəmməd Salim Əl-Ğəban isə bu görüşdə İranın İraqa etdiyi yardımlardan xüsusi ilə də terrorizmlə mübarizədəki dəstəyinə  görə təşəkkür edərək deyib: İraq bu il, Hüseyn (əs) Ərbəini mərasimində iştirak edən zəvvarların səfərlərinin asanlaşdırılması üçün, xüsusi ilə iranlı zəvvarlar üçün quru sərhədlərin giriş məntəqələrində viza verəcəkdir. /

Google+ WhatsApp ok.ru