İran və Türkiyə Mövlanə və Şəms haqqında müştərək film çəkəcək

İran və Türkiyə Mövlanə Cəlaləddin Rumi və Şəmsəddin Təbrizi haqqında müştərək film çəkəcək. 
Maide.az-ın Mehr agentliyinə istinadən məlumatına görə, “Məst tovuz quşu” adlanacaq bu filmin ssenarisi artıq hazırdır. Ssenarini iranlı ssenarist və kinorejissor Müctəba Rayi yazıb.
Kinorejissor M.Rayi “Məst tovuz quşu” adlı film haqqında deyib ki, Mövlanə Cəlaləddin Ruminin məzarı Türkiyənin Konya şəhərində, Şəmsəddin Təbrizinin məzarı isə İranın Xoy şəhərindədir. “Movlana və Şəmsin bir-biri ilə əlaqələri haqda hər kəs bilir. Filmin çəkilməsindən məqsəd iki ölkənin (Türkiyə və İranın) mədəniyyətinin oxşarlığını göstərməkdir” , -deyə Rayi bildirib.
 

Google+ WhatsApp ok.ru