İran və Rusiya Xəzərdə neft və qaz yataqlarının işlənməsində birgə iştirak edəcək

Xəzər dənizinin neft və qaz yataqlarının işlənməsində İranın bir sıra Rusiya şirkətlərilə əməkdaşlıq etməsi məsələsi iki ölkənin Birgə İqtisadi Komissiyasında müzakirə edilib.
Maide.az  Mehr agentliyinə istinadən xəbər verir ki, iki ölkənin nazirlərinin və Rusiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə Tehranda keçirilən İran- Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iki ölkənin kommersiya mallarının mübadiləsinin həcminin nəzərə çarpacaq dərəcədə artırılması qərara alınıb.
Rusiyanın Enrgetika naziri Aleksandr Novakın və bir neçə Rusiya şirkəti iştirak etdiyi həmin iclasda dəyəri 4 milyard dollardan artıq olan müqavilələrin tərtib edilməsi məsələsi razılaşdırılıb. 
Komissiyanın iclasında, Xəzər dənizinin neft və qaz yataqlarının işlənməsində İranın bir sıra Rusiya şirkətlərilə əməkdaşlıq etməsi məsələsi haqqında da danışıqlar aparıldıb.  İranın rabitə və informasiya texnologiya naziri və İran-Rusiya dövlətlərarası komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi İran nümayəndə heyəti də neft-qaz sənayesi layihələrində iştirak və əməkdaşlıq etmək üçün bütün xarici neft şirkətləri, o cümlədən Rusiya şirkətləri ilə müzakirələr aparmağa hazır olduqlarını bildirib. 
Məlumatda bildirlir ki, Rusiyanın "Zarubejneft" şirkəti İranın Milli  Neft şirkəti ilə Xəzərdə birgə neft yataqlarının işlənməsinə dair təkliflər irəli sürüb. /
 

Google+ WhatsApp ok.ru