Təhdidlərə baxmayaraq Ərəbistan şiələrinin İmam Hüseynə (ə) əzadarlığı davam edir

Vəhhabilərin təhdidlərinə baxmayaraq Ərəbistan şiələrinin İmam Hüseynə (ə) əzadarlığı dayandırılmayıb. 
Maide.az xəbər verir ki, Ərəbistanın Qətif şiələri bildiriblər ki, təkfirçi vəhhabilərin “Sayhat” Dini Mərkəzinə hücumu İmam Hüseyn (ə) əzadarlığının keçirilməsinə mane ola bilməz və bizi daha da müqavimətli edəcək.
Ərəbistanın şərqindəki Qətif bölgəsinin şiələri İmam Hüseyn (ə) əzadarlıq məclislərinə edilən hücumlara baxmayaraq, bu matəm tədbirlərinin keçirilməsinə hələ də davam edirlər.
“Sayhat” Dini Mərkəzinə terror hücumundan sonra, Qətif Xalq Komitələri bildiriblər ki, əzadarlıq qruplarını qorumaq üçün xüsusi təhlükəsizlik tədbirləri nəzərdə tutublar və hüquq-mühafizə orqanlarını terrorizmlə mübarizə aparmaq üçün əsaslı addımlar atmağa çağırıblar.
Ötən cümə günü Ərəbistanın Sayhat bölgəsində yerşələn Heydəriyə Dini Mərkəzinə qarşı terror aktı həyata keçirilib, nəticədə əzadarlardan 5 nəfər, o cümlədən bir qadın həyatını itirib.
Bununla əlaqədar, Ərəbistanın görkəmli din xadimi Seyid Monir əl-Xəbbaz məktəb dərsliklərinin məzmuna dəyişikliklərin edilməsi və Heydəriyə Dini Mərkəzinə qarşı terror aktı həyata keçirən cinayətkarların və günahkarların açıq şəkildə cəzalandırılmasını tələb edib, 
Monir Əl-Xəbbaz terroristlərin qaynaqlarının məhv edilməsini vacib hesab edib. “Sayhat cinayəti yalnız İslam düşmənlərinin xeyrinədir və bu aktlar fikir ayrılıqlarının dərinləşməsinə və təhlükəsizliyin pozulmasına gətirib çıxarır, bu baxımdan, ən qısa müddətdə bunların qarşısı alınmalıdır.” /
 
 

Google+ WhatsApp ok.ru