İran və Azərbaycan kənd təsərrüfatı üzrə əməkdaşlıqları genişləndirir

İran İslam Respublikası və Azərbaycan Respublikası kənd təsərrüfatı üzrə əməkdaşlıqlarını genişləndirirlər.
 
Maide.Az İRİB-ə istinadən verdiyi məlumata əsasən, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıda  Azərbaycan rəsmiləri ilə görüşlərinin davamında kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşüb.
 
M.Vaezi görüşdə zamanı bunları deyib ki, İran kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində inkişaf etmiş bir ölkə olaraq yeni texnologiyalar əsasında kənd təsərrüfatı məhsullarının istehsalı yolu ilə yerli və xarici bazarları təmin etməyə qadirdir.
 
İranın rabitə və informasiya texnologiyaları naziri həmçinin deyib: İran kənd təsərrüfatı sahəsindəki təcrübələrini Azərbaycan və digər qonşu ölkələrin ixtiyarına verməyə hazırdır. /

Google+ WhatsApp ok.ru