İran və Türkiyə sərhədi bağlanıb

İran və Türkiyə sərhədi bağlanıb

İran və Türkiyənin sərhədi bağlanıb. Bunu İranın Ərzrumdakı baş konsulu Hüseyn Qasimi bildirib. 
 
Maide.Az İRNA –ya istinadən xəbər verir ki, H.Qasimi deyib ki,  ötən gecədən indiyədək Bazarqan sərhəd-buraxılış məntəqəsi bağlıdır. 
 
 
O İran vətəndaşlarından istəyib ki,  Türkiyəyə Bazarqan sərhəd buraxılışı vasitəsi ilə səfərdən imtina etsinlər. 
 
H.Qasimi sərhəd-buraxılış məntəqəsinin bağlanmasına səbəb kimi, Türkiyə Gömrük işçilərinin işə çıxmamasını göstərib. 
 
İranın Xarici İşlər Nazirliyi ötən axşam bəyanat yayaraq Türkiyədə səfərdə olan vətəndaşlarını evdən bayıra çıxmamağa çağırıb. 
 
Qeyd edək ki, Türkiyədə son hadisələri nəzərə alaraq İrandan Türkiyə şəhərlərinə bütün reyslər dayandırılır.
 
 
 

Google+ WhatsApp ok.ru