İran və İraq sərhədçiləri  birgə təlim keçirib

İran və İraq sərhədçiləri birgə təlim keçirib

İran və İraq sərhədçiləri ilk dəfə olaraq Ərvəndrud və Fars Körfəzində müştərək təlimlər keçirib.  Bunu İranın Sərhəd Qoşunları komandanı  general Qasim Rzayi deyib.  
 
Maide.Az xəbər verir ki, Q.Rzayi deyib ki, İran və İraq həm siyasi və həmdə iqtisadi sahədə yüksək səviyyədə əməkdaşlıq edir. “İki ölkənin sərhədçilərinin müştərək təlimi də ölkələrimiz arasında iki tərəfli əlaqələri daha da inkişaf etdirməyə xidmət edir”. 
 
Təlimlərdən məqsəd sərhədlərin təhlükəsizliyinin təmini və qonşu ölkələrə dostluq və birlik mesajını verməkdir. 
 
Qeyd edək ki, İran və İraq sərhədçilərinin müştərək təlimləri Vəhdət həftəsi münasibəti ilə keçirilib. İki ölkənin sərhədçiləri narkotik maddələrlə mübarizə,  dəniz quldurları ilə mübarizə və eləcədə xilasetmə sahəsində birgə təlim keçiblər. (presstv) 
 

Google+ WhatsApp ok.ru