Yollarda son durum

Yollarda son durum

Hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir
 
Hazırda Bakının yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələri, o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur. Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda bildirilib.
 
"Ötən gün axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında (H.Əliyev prospekti, Zığ-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb", - deyə BNA-nın məlumatında qeyd edilib. /

Google+ WhatsApp ok.ru