İran xarici işlər nazirinin müavini Bakıya gələcək 06 Yanvar 2015 02:00 Ölkə İran xarici işlər nazirinin müavini və İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Elm və araşdırmalar idarəsinin rəhbəri Hadi Süleymanipur Azərbaycana səfər edəcək. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. M.Pakayin bildirib ki, H.Süleymanipur Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə yanvarın 21-22-də Bakıda səfərdə olacaq. Səfir qeyd edib ki, səfər zamanı ADA Universiteti və İran XİN-in Elm və araşdırmalar idarəsi rəsmiləri arasında müzakirələr aparılacaq: "İki ölkə arasında tələbə və müəllim mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Həmçinin, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir". Teqlər : #İran xarici işlər nazirinin müavini Bakıya gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yol polisi xəbərdarlıq etdi Tarixi Şah Abbas məscidi təhlükə qarşısında - VİDEO