Tarixi Şah Abbas məscidi təhlükə qarşısında - VİDEO

Tarixi abidələrlə zəngin olan Tovuzda bərpaya ehtiyacı olan daha bir abidə də var – Şah Abbas məscidi. Tovuzdakı Şah Abbas məscidi 17-ci əsrin ikinci yarısında inşa edilib. Tarixi mənbələrə görə abidə 2-ci Şah Abbasın göstərişi ilə  memar Şeyx Bahəddin Məhəmməd Amil tərəfindən tikilib. İlk görünüşlə Gəncədəki Şah Abbas məscidini xatırladan məscidin 1940-70-ci illərdə fəaliyyəti dayandırılıb. Və qədim abidədən təyinatı üzrə istifadə olunmayıb. 
 
Məscidin tikintisi zamanı möhkəm olması üçün çiy yumurtadan istifadə olunub. Ötən əsrdə məsciddə təmir işləri aparılıb. Lakin sonradan aparılan təmir işləri yarmıçıq qalıb.
 
Maide.az TTV-yə istinadən xəbər veriri ki, Tovuz sakini, müəllim Salman Ələsgərov bildirir ki, baxımsızlıq üzündən məscid uçub dağılıb: "Yadımda olandan məscid iki dəfə təmir edilib. Axırıncı dəfə 88-ci illər olardı təxminən o illərdə  məscid təmir olundu. Tamamilə üst hissəsi, alt hissəsi isə qaldı.”
 
1982-ci ildən dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil edilən məscidin hazırda bir hissəsi tamamilə uçub. Yaxın illərdə burada təmir işləri aparılmasa, tarixi abidə tamamilə dağıla bilər. 

Google+ WhatsApp ok.ru