İran yeni döyüş təyyarəsinin təqdimatını keçirib

İranın Hava Sənaye şirkətinin prezidenti Mənuçehr Mentiki İranın öz dizaynı olan "Şaiqə 2" adlı yeni qırıcı təyyarəsinin bir müddət sonra uçacağını deyib.
 
Maide.az xəbər verir ki, İranın cənubunda yerləşən Kiş Azad Bölgəsində keçirilən 7-ci Beynəlxalq Aviasiya Sərgisində danışan Mentiki sözügedən qırıcının texnologiyasının tam şəkildə yerli olduğunu bildirərək, sözügedən təyyarənin ən geci 4 aya qədər havaya qalxacağını deyib.
 
Mentiki xarici bir şirkətlə təyyarə mühərriklərinin yerli texnologiya ilə hazırlanması yönündə müqavilə bağlandığını bildirərək, sözügedən təyyarənin hədəfdən yayınmasının çox aşağı olduğunu deyib.

Google+ WhatsApp ok.ru