İran yeni helikoterini nümayiş etdirib - FOTO/VİDEO

İran yeni helikoterini nümayiş etdirib - FOTO/VİDEO

İran “Səba 248” adlı yeni yerli helikopterini nümayiş etdirib.
 
Bildirilib ki, helikopterin bütün istehsal mərhələləri ölkənin Müdafiə Nazirliyinin Hava Sənayesi Təşkilatının şirkətinin yerli mütəxəssisləri tərəfindən ərsəyə gətirilib.
 
Ortahəcmli bu helikopterin təqdimatında İranın müdafiə naziri Hüseyn Dehqan da iştirak edib.
 
Helikopterin xüsusiyyətlərinə gəldikdə isə demək lazımdır ki bu, iki növdə, kiçik və orta həcmdə istehsal edilir. İki mühərrikli bu helikopterlər müxtəlif sahələrdə, o cümlədən, sərnişindaşıma, yükdaşıma, yardım, hava çəkilişi, monitorinq kimi işlərdə istifadə etmək olar.
 
İranın müdafiə naziri planda ağır helikopterlərin istehsalının olmasından da xəbər verib. (islaminsesi) /
 
 

Google+ WhatsApp ok.ru