İraqda 450 İŞİD üzvü yaxalandı

İraqda 450 İŞİD üzvü yaxalandı

İraq Müdafiə Nazirliyi Ənbar vilayətinin Fəllucə şəhərindən qaçan mülki əhali arasında 450-yə yaxın İŞİD-çinin tutulduğunu açıqlayıb.
 
Axar.az xəbər verir ki, nazirliyin sözçüsü Nasir Nurinin verdiyi məlumata görə, əməliyyat kəşfiyyat məlumatları nəticəsində uğurlu alınıb.
 
O, daha çox terrorçunun ölkənin digər bölgələrinə yayıldığını istisna etməyib.
 
Qeyd edək ki, terrorçular Ənbar Əməliyyat Komandanlığı tərəfindən dindiriləcək.
 

Google+ WhatsApp ok.ru