İraqda 48 İŞİD terrorçusu öldürülüb

Peşmerge mənbələrindən verilən məlumata görə, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələrinə aid təyyarələr Mosulun şimalındakı Gökçeli, Başika Dağı, Ət-Təhrir və Əl-Bərid məhəllələrindəki İŞİD yerləşən mövqeləri bombalayıb. Bombardmanda ən azı 25 terrorçu ölüb, təşkilata aid çoxlu sayda hərbi texnika məhv edilib.
 
Maide.az-ın məlumatına görə, İraq qüvvələri paytaxt Bağdadın 40 kilometr qərbində Əl-Kurma nahiyəsinin cənubundakı bəzi bölgələrdə nəzarəti ələ keçirib, gedən döyüşlərdə 23 terrorçunun öldürüldüyü bildirilir.
 
Bildirilir ki, Bağdad Əməliyyatlar Birliyi və Peşmərgə gücləri Kurma nahiyəsinə 4 cəbhədən əməliyyat keçiriblər.

Google+ WhatsApp ok.ru